Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 mart 2016-cı il tarixində Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. SİA-nın məlumatına görə, qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə