IV Qlobal Bakı Forumunun əhəmiyyəti və bu beynəlxalq tədbirdə qərara alınan mühüm qərarlar millət vəkilləri tərəfindən yüksək qiymətləndirilməkdədir. Belə ki, Forumun işini dəyərləndirən millət vəkilləri vurğulayıblar ki, bu möhtəşəm tədbirdə dünyanı narahat edən bir çox sosial, iqtisadi, humanitar və s. məsələlər diqqət mərkəzində oldu. Parlamentin deputatları hesab edirlər ki, bu kimi böyük və əhəmiyyətli tədbirlərin keçirilməsi bütövlükdə Azərbaycanın bir dövlət kimi qazandığı nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolunun və ən əsası isə ölkəmizin dünyada sülh və stabilliyin bərqərar olmasına verdiyi töhfələrinin bariz göstəricisidir.
Millət vəkili Nəriman Əliyev: "Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir"
- Artıq kifayət qədər sübut olunub ki, dünyada sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır. Məhz bu məqamda IV Qlobal Bakı Forumunun baş tutması qeyd edilən fikirləri bir daha təsdiqləmiş olur. İlk başdan bildirim ki, ölkə rəhbərimiz, Prezident İlham Əliyev Cənabları da vurğulayıb ki, "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin".
Möhtərəm dövlət başçımızın bu kimi mühüm fikirlərinin təhlinini apardığımız zaman həm də belə qənaətə gəlməyə zəmin yaranır ki, hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan və dialoqdan çox asılıdır. Çünki humanitarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir. Məhz Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Ona görə də Azərbaycan sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən beynəlxalq humantiar forumlar da da məhz bu siyasi-humanitar platformanın təzahürüdür. Beləliklə, "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumu da xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirən, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər. Forumun qarşıya qoyduğu trendlər, strateji proritetlər dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsinə, humanitar sivilizasiyalararası inteqrasiyanın yeni modullarının müəyyənləşməsini, bərabərhüquqlu humanitar meyarlardan istifadəni stimullaşdırmaqdadır.
Millət vəkili Mahir Abbaszadə: "Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib"
- Azərbaycan ortaya qoyduğu təşəbbüslərlə bir daha sübut edir ki, dini dözümlülük, fərqli dinlərə, millətlərə və konfensiyalara qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının ən ümdə şərtlərindəndir. IV Qlobal Bakı Forumu da bu amili özündə ehtiva etməkdədir. Müstəqil Azərbaycan Respublikası həmişə məhz bu dəyərlərə və niyyətə söykənən xarici siyasət kursu həyata keçirib.
Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaətinə gətirir. Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian, yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır. Xüsusilə, nəzərə alınmalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-ci il ölkəmizdə "Multikulturalizm İli" elan olunub.
Bir sözlə, Bakıda keçirilən qlobal Forum fundamental iqtisadi-siyasi və humanitar birgəliyin, mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB