Ginnesin rekordlar kitabına düşən Gəncə paxlavası FOTO

Ginnesin rekordlar kitabına düşən Gəncə paxlavası FOTO

Dillər əzbəri olmaqla Ginnesin rekordlar kitabına düşən Gəncə paxlavası Novruz bayramında süfrələrimizin başında gələn şirniyyatdır.

Dadı, bişirilmə qaydası ilə bənzəri olmayan paxlavanın hazırlanması da böyük məsrəflə yanaşı elə də asan başa gəlmir. Gəncədə bu şirniyyat növü adətən müxtəlif ölçülü məcməyilər də bişirilir. Hər il Novruz bayramında qolunu Gəncə paxlavası bişirmək üçün çırmalayan İradə Cəfərovanın sözlərinə görə 3 kq məcməyidə bişirilən paxlava üçün 3,5 kq təmizlənmiş qoz ləpəsi 2 kq şəkər tozu ilə qarışdırılır. 2 kq una 3-4 yumurta vurulur və 150 qr yağ və süd əlavə edilərək xəmir yoğurulur. Məcməyinin içərisi 200-300 qr əridilmiş yağla yağlanır və dairəvi formada yayılan xəmir məcməyə arası işliklə doldurulmaqla lay-lay salınır. Məcməyə köz üstünə qoyulmaq üçün hazır olduqdan sonra arası doldurulan xəmir romb formasında kəsilir. Ardından xəmirin üzərinə xüsusi rəng vurulur. Bundan sonra kömürdən hazırlanan közün üstünə qoyulur. Bununla da yarım saatdan artıq davam edən bişirmə prosesi yekunlaşır və Gəncə paxlavası masaya təqdim olunmaq üçün məcməyədən səliqə ilə çıxarılır. 3 kq-lıq məcməyidən təxminən 60-65 ədəd paxlava alınır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə