Bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ərzaq məhsullarının sаtış yаrmаrkаsı keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yarmarkada Lənkərаn və ətrаf rаyоnlаrdа, Bаkı şəhərində fəаliyyət göstərən 38-ə yaxın firmа və şirkətlərin ərzaq məhsulları, meyvə-tərəvəz və şirniyyat alıcılara təklif olunub. Ümumilikdə yarmarkada 485 ton ərzaq məhsulları satışa çıxarılıb. Qiymətlər bazar qiymətləri ilə müqayisədə 20-25 faiz aşağı olub.
Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qalıblar.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri yarmarkada iştirak eedibər.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB