Millət vəkili: "Azərişıq" əhaliyə əsassız borclar yazır"

Millət vəkili: "Azərişıq" əhaliyə əsassız borclar yazır"

Milli Məclisin bu gün keçirilən plenar iclası davam edir. SİA-nın məlumatına görə, iclasda çıxış edən millət vəkili Yevda Abramov Qonaqkənddə çayın bərkitmə işlərinə diqqət çəkib: "Əgər burada bərkitmə işləri aparılmasa, gələcəkdə başqa kəndlər sel təhlükəsi ilə üzləşə bilər. Qonaqkənd-Şamaxı yolunun tikintisi çərçivəsində bəndvurma işlərini də aparmaq lazımdır. Sabah sel olsa, biz onun fəsadlarını aradan qaldırmaq üçün milyonlar xərcləyəcəyik".

Y.Abramov qeyd edib ki, "Azərişıq" əhaliyə əsassız borclar yazır: "Azərişıq mənim özümə 787 manat manat borc yazıb. 20 il əvvəl ölmüş şəxsə 920 manat borc gəlib. Yəqin ki, bunlar yeyintilərdir və gözləyirlər ki, Prezident amnistiya imzalasın. Hər kəs Prezidentdən razıdır. Prezident az qalır bizim və nazirlərin yerinə də işləsin. Bu, belə olmaz, hamı işləməlidir. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə