Bu gün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçiriləcək Novruz Bayramı şənliklərinə start verilib. SİA-nın verdiyi məlumata görə, bayram tədbirləri ərəfəsində maraqlı hadisə baş verib. Belə ki, İcra Hakimiyyətinin təşkil etdiyi karvan yürüşünə qoşulacaq dəvələrdən biri səhər saatlarında şəhər meriyasının həyətindəcə doğub. Əlbəttə, bu, sıradan bir hadisə də sayıla bilərdi. Amma İl Axır çərşənbəsində, torpağın oyandığı gündə karvana qoşulacaq qotazlı, bəzəkli dəvələrdən birinin doğması maraqlı hadisə sayıla bilər. Hadisəni daha maraqlı edən məqamlardan biri isə dəvənin balasının ağ rəngdə doğulmasıdır.

Dəvəçilər müxbirimizlə söhbət zamanı bildiriblər ki, bu hadisə ilə onlar ilk dəfədir rastlaşırlar. İndiyədək dəvələr qonur, qarışıq rəngli doğublar. Ağ balanın doğulması nadir hallarda baş verir.

Dəvəni ruzi-bərəkət rəmzi adlandırırlar. Bu deyimlərə inansaq İl Axır şərşənbə günündə ağ rəngli dəvənin doğulması karvan yürüşünü təşkil edən Bakı şəhər İcra Hakimiyyəti üçün də, dəvənin sahibi üçün də, bütün xalqımız üçün də ilin bol ruzi-bərəkətli keçəcəyinə bir işarədir. Bayramınız mübarək olsun!!!
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB