Bakı Şəhər İcra Hakimiyyəti bayram tədbirlərinə start verdi YENİLƏNİR - SƏS TV

Bakı Şəhər İcra Hakimiyyəti bayram tədbirlərinə start verdi YENİLƏNİR - SƏS TV

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın Milli bayramı - "İlaxır çərşənbə" gününü təntənəli şəkildə qeyd edəcək. SİA-nın xəbərinə görə, bu dəqiqələrdə metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük karvan Suraxanı "Atəşgahı"na yollanacaq.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun "Koroğlu" stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı "Atəşgah"ına yola düşəcək.

"Atəşgah"dan od götürən bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun "Koroğlu" stansiyasının yanındakı "Alov" Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayının qarşısından keçib Mərkəzi Parkda bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə