Cari ilin yanvar-fevral aylarında 27 yaşayış məntəqəsinə təbii qaz verilib. SİA SOCAR-ın saytına istinadən məlumat verir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə cari ilin yanvar-fevral ayları ərzində 1883 kilometr uzunluğunda yeni qaz kəməri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110,5 kilometr qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-fevral aylarında 27 yaşayış məntəqəsi qazlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB