Martın 15-dən gücləndirilən iş rejiminə başlanılacaq

Martın 15-dən gücləndirilən iş rejiminə başlanılacaq

Novruz bayramı ilə əlaqədar olaraq sərnişindaşıma xidməti göstərən qurumlar martın 15-dən etibarən gücləndirilən iş rejimində fəaliyyət göstərəcəklər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə Gəncə dəmiryol vağzalında hazırlıq işləri görülüb. İş qrafikinə edilən dəyişikliyə əsasən sabahdan başlayaraq, bayram günləri başa çatanadək Gəncədən paytaxta və eləcə də beynəlxalq istiqamətdə hərəkət edən qatarlara sərnişin sayı nəzərdə tutulandan çox olarsa qatarlara əlavə vaqonlar qoşulacaq. Hazırda isə dəmiryol vağzalında işlər gündəlik qrafik üzrə həyata keçirilir. Analoji hazırlıq tədbirləri Gəncə avtovağzalında da görülür. Gün ərzində respublikanın şimal- şərq, şimal-qərb bölgəsi üzrə 30 şəhər və rayona sərnişin daşınmasını həyata keçirən avtovağzalda, bayram ərəfəsi və bayram günlərində sərnişin sıxlığı nəzərə alınaraq rezerv nəqliyyat vasitələri saxlanılır. Ehtiyac yaranarsa həmin avtobuslarda xətlərə buraxılacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə