"Bildiyimiz kimi, dünyanın mərkəzinə, döyünən ürəyinə çevrilən doğma Bakımız növbəti möhtəşəm beynəlxalq tədbirə - Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Bu faktor kifayət qədər təsdiq edir ki, Azərbaycan eyni zamanda beynəlxalq aləmin düşünən beyini rolunu üzərinə götürüb". Bu fikirləri SİA-ya millət vəkili Dilarə Cəbrayılova ötən həftə Bakıda keçirilən IV Qlobal Forumun işinə münasibətini bildirərkən deyib.
"Dünyanın nüfuzlu siyasi xadimləri etiraf edirlər ki, Azərbaycanda yürüdülən siyasət modelindən öyrənməli, onu tədbiq etməlidirlər"
Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın bir sıra ölkələrində qlobal siyasi problemlər, iqtisadi çətinliklər yaşandığı halda, Azərbaycanda bu tendensiya müşahidə edilmir. Ona görə də belə bir Forumun məhz Bakıda keçirilməsi əhəmiyyəti ildən-ilə daha da artmaqdadır: "Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün layiqli davamçısı, Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən mütərəqqi siyasət özünü bütün tərəflərdən göstərməkdədir. Təbii ki, xarici siyasətdə uğurların əldə edilməsi üçün ilk növbədə daxili prosesləri tənzimləmək vacibdir ki, ölkəmizdə bu amil daim mövcud olub. Təkcə bir misal gətirmək istərdim. Məsələn, dünyada 7-8 il öncə başlanan iqtisadi böhran yalnız ötən il Azərbaycana cüzi təsirlərini göstərdi ki, artıq ölkəmizdə həmin böhran tam olaraq nəzarətə götürülüb. Dövlət başçımız keçirdiyi bir sıra toplantılarında vurğulayıb ki, dövlətin əsas məqsədi xalqın böhrandan zərər görməməsidir. Bunun üçün bir çox qabaqlayıcı tədbirlər reallaşdırılıb. Hətta xarici ölkələrdə fəaliyyət göstərən iri şirkətlər, holdinqlər on minlərlə işçilərini ixtisara saldığı halda, Azərbaycanda yeni iş yerləri açılır, insanlar işlə təmin olunurlar. Məhz bu faktı başqa heç bir dövlətdə görmək mükün deyil. Ona görə də dünyanın aparıcı ölkələri, bu ölkələrin liderləri, tanınmış siyasi xadimləri də etiraf edirlər ki, onlar Azərbaycanda yürüdülən siyasət modelindən öyrənməli, onu tədbiq etməlidirlər".
"Münaqişə ədalətli prinsiplər əsasında həll olunmzsa, dünyada yeni siyasi təhdid mexanizimləri işə düşə bilər"
Dilarə Cəbrayılova Forumun əhəmiyyətinin həm nüfuzlu iştirakçı heyəti, həm də müzakirə edilən məsələlərin aktuallığı ilə təsdiq edildiyini vurğulayaraq qeyd edib ki, tədbir həmçinin, xalqımızın bir nömrəli problemi kimi qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin xeyrinə həll edilməsinə də töhfəsini vermiş olur: " Ölkə başçımız, möhtərəm İlham Əliyev Öz nitqlərində beynəlxalq təşkilatlara işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisindən erməni silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən əhəmiyyətli fikirlərini önə sürür, o cümlədən, norma və qərarların yerinə yetirilməsinə imkan verən yeni həll mexanizmlərinin hazırlanmasının vacibliyi barədə mühük faktlar ortaya qoyur. Cənab Prezident bununla xarici ölkə liderlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırır ki, əgər bu münaqişə ədalətli prinsiplər əsasında həll olunmzsa, dünyada yeni siyasi təhdid mexanizimləri işə düşə bilər ki, bu da çox təhlükəli bir haldır. Ona görə ki, ərəb ölkələrində gedən məlum müharibələr də belə qənaətə gəlməyə zəmin yaradır. Xüsisilə bu faktor Avropadakı miqrasiya böhranı fonunda getdikcə hiss edilir. Bu baxımdan, vəziyyətin getdikcə daha mürəkkəbləşməməsi üçün avropalı siyasətçilər "dondurulmuş" münaqişələri birmənalı olaraq gələcək dünya xəritəsinə təhdid kimi dəyərləndirirlər. Biz Bakı Forumunda müxtəlif tanınmı siyasi xadimlərin bu əsnadakı çlxışlarının şahidi olduq".
"Ölkəmizdə mövcud olan reallıqlar istər-istəməz beynəlxalq aləmdə nəzərə çarpır, yüksək qiymətləndirilir"
Millət vəkili bu cür mühüm tədbirlərin yaxın gələcəkdə də keçiriləcəyini deyərək onu da xatırladıb ki, bu il Azərbaycanda multikulturalizm ili elan olunub ki, bu da belə tədbirlər çərçivəsində olduqca əhəmiyyəti ilə seçilir: "Azərbaycan tarixən dinlər və millətlərarası münasibətdə tolerant ölkə kimi birinciliyini qoruyub-saxlayıb. Bu gün də həmin fakt inkişaf etdirilir. Ölkəmizdə mövcud olan reallıqlar istər-istəməz beynəlxalq aləmdə nəzərə çarpır, yüksək qiymətləndirilir. Təbii ki, sabit, sülhpərvər və demokratik mövqeyi ilə dünyada söz sahibinə çevrilən Azərbaycan öz uğurlarını bundan sonra da davam etdirəcək".
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB