Ankarada dəhşətli partlayış

Türkiyə paytaxtı Ankaranın Kızılay səmtində axşam saatlarında böyük partlayış olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 18.35-də (Bakı vaxtı ilə 20.35-də) Güvenpark yaxınlarında meydana gəlib. Massivdəki nəqliyyat vasitələrinə və bəzi binalara zərər dəyib.

Güvenparkdakı avtobus dayanacaqlarının olduğu yerdə ölü və yaralıların olduğu bildirilir.

Yaralılar hadisə yerinə gələn təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılır. Təhlükəsizlik gücləri partlayışın meydana gəldiyi bölgəni 2-ci bir partlayış ehtimalına görə tamamilə boşaldırlar.

Partlayışın bomba yüklü avtomobillə həyata keçirilən terror hücumu olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə