Bir neçə dəqiqə öncə Çex Respublikası Parlamentinin sədri Yan Xamaçek Azərbaycana gəlib. SİA-nın məlumatına görə, Y.Xamaçekin rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclisin sədr müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Y.Xamaçekin iştirakı ilə ölkəmizdə bir neçə rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Nəzərinizə çatdıraq ki, nümayəndə heyətinin martın 15-ə qədər Azərbaycanda olması planlaşdırlır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB