“Yaşıl çay” MMC-dən xeyriyyə aksiyası FOTOLAR

Novruz bayramı ərəfəsində 1000 ailəyə 8 tondan çox bayram sovqatı paylanıb
“Yaşıl çay” MMC-dən xeyriyyə aksiyası FOTOLAR

Hər il olduğu kimi, bu il də Lənkəran rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" Fermer Təsərrüfatı MMC Novruz bayramı münasibəti ilə növbəti xeyriyyə aksiyasını keçirib. Müəssisənin rəhbəri Araz Yağubovun SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, hər il olduğu kimi bu il də müəssisə xalqımızın əziz bayramı ərəfəsində 1000-dən çox ailəyə bayram sovqatı göndərib. Həyata keçirilən xeyriyyə aksiyasında paylanan yardım paketinə 5 kq düyü, 2kq yağ və 1kq 200qr-lıq toyuq daxil olub. Bayram sovqatı rayonun İstisu, Havzava Haftoni, Girdəni, Veravul, Vilvan və digər kəndlərində yaşayan Qarabağ şəhidləri, əliləri və digər kateqoriyadan olan 1000-dən çox imkansız ailəyə paylanıb.

Qeyd edək ki, tanınmış iş adamı Araz Yağubov tərəfindən artıq 10 ildən çoxdur ki, elimizin əziz bayramları ərəfəsində maddi cəhətdən sıxıntı keçirən ailələrə ərzaq sovqatları paylanılır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə