“Facebook” və “Twitter”da qeyri-etik ifadələrə SON

“Facebook” və “Twitter”da qeyri-etik ifadələrə SON

Avropa İttifaqı "Facebook" və "Twitter"da istifadə edilən ifadələrlə bağlı müzakirələrə başlayıb. SİA-nın məlumata görə, bu tip sosial şəbəkələrdə nifrət dolu ifadələrin işlədilməsinin qarşısını almaq üçün danışıqlara başlanılıb.

Avropa Komissiyası Ədalət və İstifadəçi Haqqlarının məsul komissarı Vera Jurova təşkil etdiyi mətbuat konfransında Avropada on-layn şəkildə nifrət dolu ifadələrin işlədilməsinin narahat edici bir hal olduğunu deyib. O, bu məsələ ilə əlaqədar texnologiya şirkətlərinin məsuliyyətli davranmasını və hərəkətə keçməsini sayıb.

Müzakirələrin nəticəsi olaraq sosial şəbəkələrdə qeyri-etik ifadələrə Avropa İttifaqı və beynəlxalq hüquq aktları çərçivəsində yol verilməməsi ilə bağlı ortaq qərara gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə