“Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planı təsdiq edildi SƏRƏNCAM

“Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planı təsdiq edildi SƏRƏNCAM

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə