Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Martın 19-da Novruz bayramı münasibətilə Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti bir daha bildirir ki, "İlaxır çərşənbə" günü – martın 15-də saat 19.00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə