Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrand müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağla YAP Binəqədi rayon təşkilatının gənclər birliyi tədbir keçirib. Layihənin yekununa həsr olunmuş tədbirdə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və rayon gənclər və idman idarəsinin əməkdaşı Ülviyyə Usubova iştirak ediblər.
Tədbirdə qeyd olundu ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyat və inzibati idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Rübabə Eyvazovanın Gənclər Fondunun elan etdiyi 7-ci qrand "Turizm fotomüsabiqəsi" layihəsinin qalibi olması bir daha onun istedadlı, yüksək intellektual biliyə malik olduğunu təsdiqləyir.
Bildirilib ki, rayon gənclər təşkilatının fəal üzvlərindən olan R.Eyvazova işgüzarlığı və geniş ictimai fəaliyyəti ilə seçilib. Rübabə Eyvazova orta məktəb illərindən yaxşı oxumaqla bərabər maraqlı fikir və ideyaları ilə fəal ictimaiyyətçi kimi tanınan bu gülərüz qız səmimi və mehriban rəftarı, ədəbli davranışı ilə də müəllim və şagird kollektivinin sevimlisi olmuş, sayılıb seçilən şagird kimi valideynlərinə baş ucalığı gətirmişdir. Məhz bu keyfiyyətlərdir ki, o, bu gün Gənclər Fondunun elan etdiyi 7-ci qrand müsabiqəsində "Turizm fotomüsabiqəsi" layihəsinin qalibi oldu. Bu bizləri də sevindirir.
R.Eyvazovanın bir çox layihələrdə qalib olduğu da vurğulanıb. Qeyd edilib ki, R.Eyvazova indiyədək gənclər arasında protokol qaydalarının təbliği layihəsində, Respublika gənclərinin 2-ci Maarifçilik forumunda, Gənc həmkarların Naxçıvan qış universitetində, Binəqədi gənclərinin Şəmkir 2-ci Liderlik məclisində, təmiz Binəqədi naminə 2 fevral Gənclər forumunda yaxından iştirak etmiş və sertifikatlar almışdır.
Ü.ƏSGƏROV
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB