Almaniyalı alimlər Təhsil Problemləri İnstitutunda oldular FOTO

Almaniyalı alimlər Təhsil Problemləri İnstitutunda oldular FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin dəvəti ilə Azərbaycanda olan Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda olublar.

Bilik Fondundan SİA-ya verilən məlumata görə, qonaqları salamlayan İnstitutun direktoru Qulu Novruzov Almaniyalı alimlərə İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra tərəflər arasında orta və ali ümumtəhsil səviyyələri üzrə ikinci xarici dil kimi alman dilinin tədrisi prosesinin sürətləndirilməsi istiqamətində birgə fəaliyyət məsələləri, eyni zamanda bu sahədə Almaniyada mövcud təcrübədən istifadə olunması, Almaniyanın müxtəlif kitab nəşriyyatlarının iştirakı ilə kitab yarmarkalarının təşkili məsələləri müzakirə olunub.

Ölkənin müxtəlif regionlarında alman dilini tədris edən müəllimlərin və şagirdlərin təlimlərə cəlb olunması, müvafiq dərsliklər və tövsiyələrin hazırlanması zamanı Almaniyadan ekspert dəstəyinin təmin olunması, alman dilinə marağı artırmaq məqsədi ilə orta məktəblərdə aşağı siniflərdən başlayaraq tədris prosesinin təşkili, Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Germanistika İnstitutunun gələcəkdə magistr dərəcəsi üzrə tələbələr hazırlamaq perspektivləri, eyni zamanda Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində alman dili tədrisi təcrübəsinin digər orta məktəblərdə də tətbiq olunması barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə