Azərbaycan Futbol Federasiyaları Assosiasiya sının (AFFA) prezidenti Rövnəq Abdullayev AFFA-nın növbəti Hesabat Seçki Konfransındakı çıxış edib. SİA-nın məlumatına görə, AFFA prezidenti qeyd edib ki, hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələr davam etdirilib.
Onun sözlərinə görə, futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətdə müəyyən irəliləyişə nail olunub.
R.Abdullayev xüsusən Mərdəkanda inşa olunmuş milli komandaların məşq mərkəzinin istifadəyə verilməsini və Bakı Olimpiya Stadionunda milli komandaların 2 oyununun keçirilməsini vurğulayıb: "Bu oyunların birində İtaliya yığması ilə qarşılaşmada ölkəmizin futbol tarixinin azarkeş rekordu da qeydə alındı. Oyunu 50 minədək azarkeş izlədi. Bu stadion AFFA-nın balansına verildiyi, bizə etimad göstərildiyi üçün minnətdaram".
O, klublarda maliyyə vəziyyətinin çətinləşməsinin narahatedici olduğunu vurğulayıb: "Hazırda sponsorların axtarışlarını davam etdiririk. Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar. Bu məsələdə gərək aktiv işləyək".
AFFA prezidenti 5 - 21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəklərinə əminliyini və Azərbaycanın qitə futbol ailəsində layiqincə yer tutacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB