Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 17-də Hacıqabul rayonunda Şirvan, Hacıqabul və Qobustan rayon sakinlərini qəbul edəcək. Qəbul Hacıqabul şəhəri Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 1) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə