Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb
Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub. Bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.
Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB