Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mart 11-də saat 10-dan işlər yekunlaşanadək təbii qazın verilişində fasilələr yaranacaq. "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Bakının Sabunçu rayonunun Albalılıq yaşayış massivində, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivində və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində, Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivində, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB