İDEA ictimai birliyinin təşəbbüsü Lənkəranda geniş dəstəklənir FOTOLAR
İDEA ictimai birliyinin ölkədə ekologiya və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı təşəbbüsləri Lənkəranda da geniş dəstəklənir. SİA-nın Cənub bürosunun məlumatına görə, martın 10-da Lənkəran şəhərində Xəzər dənizi sahilində yerləşən Sahil parkına bitişik boş ərazidə torpaq-hamarlama işləri aparılaraq kütləvi ağacəkmə aksiyası keçirilib. Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, və yüzlərlə könüllünün iştirak etdiyi aksiyada 1000 ədəd küknar ağacı əkilib. Yeni ağacların əkini ilə bağlı görülmüş işlərin nəticəsində ərazidəki yaşıllıq zolağı bir neçə dəfə genişlənib, təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb.
Qeyd edək ki, bu il Lənkəran rayonunda İDEA ictimai birliyinin təşəbbüsünə dəstək olaraq 20 min ağacın əkiləcəyi planlaşdırılıb.
Sərraf Mirsəfəroğlu
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB