ADY QSC-də Almaniya şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib FOTO

ADY QSC-də Almaniya şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib FOTO

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "DB Engineering & Consulting and Deutsche Bahn" şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentropun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, reallaşdırılan layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan Dəmir Yolları ilə tanışlıq, Bakı-Böyük Kasik istiqamətində "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur və nəqliyyat vasitələrinin yenilənməsi planları, strateji əməkdaşlıq imkanları müzakirə olunub.

"DB Engineering & Consulting and Deutsche Bahn" şirkətinin Şərqi, Mərkəzi Avropa və Rusiya üzrə icraçı direktoru Philip Tentrop çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını, strateji əməkdaşlıq imkanlarının artırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə