Əfv Komissiyasında 400-dən artıq müraciətə baxılıb

Əfv Komissiyasında 400-dən artıq müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını yekunlaşdırıb. SİAxəbər verir ki, bu barədə SİA-ya Komissiyanın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, sonuncu iclas bu gün keçirilib və müraciətlərə baxılıb: "Ümumilikdə, 400-dən artıq müraciətə baxıldı, tövsiyə xarakterli qərarlar qəbul olundu".

Komissiyanın tövsiyə xarakterli qərarları yaxın müddətdə Azərbaycan Prezidentinə təqdim olunacaq.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir. (report)

Bütün xəbərlər Facebook səhifəmizdə