Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib FOTOLAR

Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib FOTOLAR

Bu gün Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri, Milli Məclisin deputatı Rauf Əliyev iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açıb. Rayon ərazisində gedən təmir-tikinti, abadlıq, quruculuq işlərindən danışan Gülağa İslamov qəsəbə sakinlərinə Mərdəkan qəsəbəsi Y.Yesenin küçəsində gedən əsaslı təmir işlərindən, qəsəbənin girişində salınan istirahət parkının və Şağan qəsəbəsində yeni Mədəniyyət Mərkəzinin tikintisinin tamamlanması barədə məlumat verib.

İcra başçısı həmçinin qəsəbədaxili yollara və yol qovşaqlarına asfalt örtüyünün vurulması istiqamətində işlərin də görüldüyünü diqqətə çatdırıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı Rauf Əliyev də öz növbəsində Xəzər rayonunda gedən abadlıq-quruculuq işlərinə toxunub və bir sıra sosial layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açıb. Deputat rayon sakinlərini narahat edən məsələlərə də öz münasibətini bildirib.
Qəsəbə sakinləri isə çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyevə rayona göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli üçün aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə