“Var olsun şairimiz, şeirlərimiz!” layihəsinin bağlanış mərasimi keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Var olsun şairimiz, şeirlərimiz!" layihəsinin bağlanış mərasimi keçirilib. Yeni Azərbaycan Partiyasının fəal gənci olan Şəhanə Nəsirovanın rəhbəri olduğu layihənin əsas məqsədi gənclərdə şeirə, şairlərə olan sevgini daha da artırmaqdır.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Şəhanə Nəsirova layihənin yaranma zərurəti, ideyası, məqsədləri və gələcək gözləntiləri barədə ətraflı məlumat verib.
Çıxış edənlər partiyanın həyata keçirdiyi uğurlu gənclər siyasətindən söz açıblar: "Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqətlə yanaşıb. Bu baxımdan da gənclər tərəfindən gələn təşəbbüsləri yüksək qiymətləndirən YAP gənclərə ideyalarını reallaşdırması üçün lazımi hərtərəfli dəstəyi göstərib. Bu siyasət bu gün də dövlət başçımız, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Gənclər layihə çərçivəsində həyata keçirdikləri ideyalara yaxından dəstək olduqları üçün partiya rəhbərliyinə öz dərin təşəkkürlərini ifadə ediblər.
Tədbirdə layihə çərçivəsində fərqlənən bir qrup gəncə sertifikat təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB