Berlində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Berlində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Berlində fəaliyyət göstərən Azərbaycan Evində Alman - Azərbaycan Ziyalıları Birliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin, Azərbaycan Evinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar tədbir təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin ikinci katibi Sara Abbasova, Azərbaycan-türk diaspor nümayəndələri, tələbələr iştirak ediblər.

Birliyin sədri Naibə Şirinova qonaqları salamlayaraq bu günün yaranma tarixindən danışıb. Təşkilat sədri Azərbaycan tarixində mühüm rol oynayan qadınlar haqqında məlumat verib, zaman keçdikcə qadınlarımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrildiyini vurğulayıb.

Musiqili ədəbi gecədə qadınlara həsr olunan şeirlər, musiqilər səsləndirilib, milli rəqslər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə