Goranboyda evə basqın edərək quldurluq etmiş qrup zərəsiləzşdirilib. Hazırda polis cinayətkar dəstənin digər bu kimi əməllərdə iştirakını araşdırır. Goranboy rayon Bağçakürd kənd sakini 64 yaşlı Mina Məhərrəmova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə basqın olması barədə məlumat verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 nəfər maskalı şəxs gecə saat 1 radələrində qanunsuz olaraq Mina Məhərrəmovanın evinə girərək qadına və onun 12 yaşlı nəvəsinin üzünə qaz balonu püskürdüb. Daha sonra cinayətkarlar evdə axtarış apararaq oradan 160 manat pul və 1500 manat dəyərində qızıl əşyaları aparıblar. Saxlanılan şəxslər götürdükləri borc pulu qaytarmaq üçün bu əmələ əl atdıqlaqını deyirlər və tutduqları əməldən peşimandırlar.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş açılaraq, araşdırmalar aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB