Sel daşqınları üçün qabaqlayıcı tədbirlər görülür

Sel daşqınları üçün qabaqlayıcı tədbirlər görülür

Qərb bölgəsinin dağ rayonu olan Göygöldə yaz aylarında çaylarda sel daşqınları baş verir və bu da əkin sahələrində eləcədə yaşayış yerlərində ciddi problemlər yaradır. Yarana biləcək problemi aradan qaldırmaq üçün Göygöl suvarma sistemləri idarəsi rayondan keçən çaylarda, arxlarda qabaqlayıcı tədbirlər görür, sahil bərkitmə işləri həyata keçirir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöldə 13 min 510 hektar əkinə yararlı torpaq sahəsi var ki, bunun da suvarılmasına Göygöl suvarma sistemləri idarəsi xidmət edir. Bu əkin torpaqlarının suvarılmasında artezian quyuları, su nasos stansiyaları ilə yanaşı Gəncəçayı, Kürəkçayı və Qoşqarçayından eləcədə 10 arxdan istifadə edilir. Həmin çayların, arxların keçdiyi ərazilərdə isə yaz aylarında güclü sel daşqınları baş verir. Bu il Göygöl rayonunun Balçılı, Quşqara, Yeni Qızılca və Qırıxlı kəndlərində əkin torpaqların suvarılması üçün 4 yeni subartezian quyusu da qazılacaq. Ümumilikdə isə rayonda 22 ədəd subartezian quyusu, 10 ədəd su nasos stansiyası var.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə