"Son dövrlər cəbhədə yaranan gərginlik, erməni təxribatlarının artması ilə bağlı ATƏT-in Minsk qrupundan obyektiv fikir gözləməyə dəyməz". Bu fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, həmsədrlər bu məsələ ilə bağlı hər hansı fikir bildirsələr belə, bu, atəşkəsin ümumi pozulması ilə bağlı olacaq: "Onların açıqlamalarında işğalçı Ermənistanın atəşkəs rejimini bilərəkdən pozduğu, təxribat törətdiyi faktı vurğulanmayacaq. Çünki, ATƏT-in Minsk qrupu həmsədrlərinin missiyası münaqişənin həllinə nail olmaqdan deyil, status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Bu yanaşma tərzi Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təqdim olunan hesabatların müzakirəyə çıxarılmamışdan öncə də özünü göstərdi. Həmsədrlər həmin hadisədən öncə, AŞPA üzvlərinin iradəsinə basqı və təzyiq göstərən bəyanat hazırladılar. Hansı ki, bu addım heç bir demokratiya prinsiplərinə uyğun gəlmirdi. Ona görə də bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu gün Tbilisidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr zamanı da həmsədrlər obyektiv qərara gələ bilməyəcəklər".
Qeyd edək ki, bu gün Tbilisidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" səhifəsində yazıb. O, Tbilisidə görüşlərdə Dağlıq Qarabağ münaqişəsini və münaqişənin sülh yolu ilə həlli prosesini müzakirə edəcəklərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB