Hüseyn Bağırovun qəbul vaxtı dəyişdirildi

Hüseyn Bağırovun qəbul vaxtı dəyişdirildi

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Siyəzən şəhərində Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlarla 11 mart 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü martın 16-na dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə