Gəncədə Beynəlxalq Qadınlar günü qeyd edildi

Gəncədə Beynəlxalq Qadınlar günü qeyd edildi

Gəncədə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən çıxış edənlər Gəncənin sosial-iqtisadi inkişafında əldə olunan uğurlarda qadınların böyük rolundan danışıb.

Gəncədə xeyli sayda fəxri adlara layiq görülən, orden və medallarla təltif edilən fəal xanımların olduğu deyilib. Ölkədə uğurla həyata keçirilən dövlət-qadın siyasətinə diqqət çəkilib. Şəhərdə bir sıra rəhbər vəzifərlədə çalışan xanımlar, bu siyasətin bariz nümunəsi kimi təqdim olunub. Bu gün dünyada aktual olan gender bərabərliyi məsələsinə diqqət çəkilərək, öz fəaliyyəti ilə dövrünün sayılıb seçilən xanımalrından olan, hələ XII əsrdə qadınların heç də kişilərdən geri qalmadığını sübut edən Məhsəti Gəncəvi xatırlanıb. Bayram tədbirində şəhərin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən qadınların böyük bir qrupuna şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub. Tədbir Gəncə Musiqi Kolleci tələbələrinin çıxışı və Gəncə Dövlət Filarmoniyasının konsert proqramı ilə davam edib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə