Gəncə şəhərində mağazanı qarət edib daha sonra onu yandırmağa cəhd edən şəxs həbs edilərək istintaqa cəlb edilib. SİA xəbər verir ki, 2 mart 2016-cı ildə Ərşad Zərgərovun mağazasını qarət edən 39 yaşlı şəxs Gəncə şəhər sakini Azər Zeynalovdur.
Saxlanılan şəxs dindirilmə zamanı cinayət əməlini etiraf edib.
Mağazadan müxtəlif adda tütün məmulatları, spirtli içkilər, danışıq kartları, müəyyən məbləğdə pul oğurlayan Zeynalovun evinə baxış keçirilib. Sadalanan mallar orada aşkarlanıb. O, zərərçəkən Ərşad Zərgərovun şəriklikdən imtina etməsi və onun pulunu geri qaytarmamasından sonra belə bir işə əl atdığını deyib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB