Psixoloq sosial şəbəkə "xəstəliyinin" səbəbini izah etdi

Psixoloq sosial şəbəkə "xəstəliyinin" səbəbini izah etdi

İngiltərənin Bristol universitetinin psixologiya üzrə professoru Brus Hud insanların sosial şəbəkələrə olan bağlılığını beynimizin kiçilməsi ilə bağlayıb. SİA-nın "Bristol Post"a istinadən verdiyi məlumata görə, professor insanların beyninin təkamül nəticəsində kiçilməsinin sosial şəbəkələrə və sosial mediaya olan marağı artırdığını deyib.

Onun sözlərinə görə, bir çox insanın sosial media və sosial şəbəkələrdən asılı olması heç də təəccüblü bir şey deyil, çünki beynimiz min illər bundan əvvəl "facebook" və "twitter" üçün proqramlanmağa başlayıb.

Hud qeyd edib ki, artıq sosial media vasitəsilə hər hansı bir məlumatı sıfırdan öyrənmə ehtiyacı da yox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə