Hansı qidaları nə vaxt və necə qəbul etməliyik? FOTOLAR

Hansı qidaları nə vaxt və necə qəbul etməliyik? FOTOLAR

Artıq çəki almadan sağlam yaşamaq istəyirsinizmi? Bunu düzgün zamanda, düzgün qidalar qəbul etməklə etmək mümkündür. Bəs hansı qidanın nə vaxt yeməliyik? Düzgün qidaları düzgün vaxtda qəbul etmək həm xəstəliklərdən, həm də artıq çəki almaqdan qoruyur. SİA Türkiyə mətbuatına istinadən dietoloqlar Gaye Başkurt və Muge Özturnanın məsləhətlərini təqdim edir:

Günə enerji ilə başlamaq üçün sağlam qidalar qəbul etmək mütləqdir. Gecədən səhərə 8 saatlıq aclıqdan sonra səhər yeməyinin seçimində diqqətli olmaq lazımdır. Səhər yeməyində qızartma, şirniyyat kimi həzmi çətin olan qidalar əvəzinə, az yağlı pendir, yumurta, az miqdarda zeytun, bol göyərti, buğdadan olan ç[rək, az miqdarda baldan istifadə etmək məsləhət görülür.

Günün ortasında enerjinin yaxşı tarazlanması üçün düzgün qidalardan istifadə edilməlidir. Günorta zamanı yağlı, qızartmalı həzmi çətin olan qidalardan istifadə etmək tövsiyə edilmir. Belə qidalardan istifadə insanın gün ərzindəki fəaliyyətinə mənfi təsir göstərə bilər.

Günorta qəbul edilən qidalar həzm sistemini yormamalı, insanın gümrah qalması üçün 30-40 faiz enerji ilə təmin etməlidir. Günorta saatlarında proteinlə zəngin olan qidaların qəbul edilməsi düxzgün hesab edilir. Bu cür qidalar insanın həzm sistemini yormur.

İşgüzar insanların axşam yeməyini gec yemək məcburiyyətində qalırlar. Belə olan halda, işgüzar insanlar axşam yeməyində daha yüngül yeməklərə üstünlük verməlidirlər. Ətli və zeytun yağlı yeməklərin yanında qatıq, az miqdarda makaron və ya bulqurdan istifadə edə bilərsiniz.

Səhər ilə günorta yeməyi arasında meyvənin yanında az miqdarda qoz, badam, fındıq kimi çərəzlərdən istifadə edilməlidir. İki yemək arasında qəbul edilən çərəzlə qan şəkərinin fəaliyyətində böyük rola malikdir. Bu müddət ərzində meyvə qəbulu bağırsağın sağlığını təmin edir. Gündəlik qəbul olunan meyvə yemək arası qəbul edilməsi düzgün sayılır.

Gecə yatmazdan 2 saat qabaq 1 stəkan kefir qəbulu sinir sisteminin, qan şəkərinin rahat fəaliyyətinə şərait yaratmaqla yanaşı, insanı səhər qədər tox saxlayır.

Aparılan araşdırmalara görə, gündə 3 kasa qatıq yeyənlər daha tez arıqlayır, eləcə də bel nahiyəsindəki piylərdən azad olur. Qatıq arıqlamaq istəyənlər üçün həm sağlam, həm də karbohidrat-proteinlə zəngin bir qidadır. Gün ərzində 1 kasa qatıq yemək gündəlik kalsium ehtiyacının 30 faizini təşkil edir. Tərkibində olan vitamin və minerallar həzm sisteminin fəaliyyətini gücləndirir. Meyvəli qatıqlardan səhər və günorta yeməyi arasında qəbul etmək olar.

Gündəlik enerji ehtiyacımızdan çox qəbul etdiyimi qida insanı kökəldir. Lakin çörək, makaron və digər taxıllı qidalar yüksək karbohidrata malik olsalar da, kalori baxımından yüngüldürlər. Karbohidratların hər qramı 4 kalori, yağın hər qramı isə 9 kaloridir. Bu baxımdan "çörək insanı kökəldir" deyəndə diqqətli olun. Əsil kalori çörəkdən deyil, onunla birgə qəbul edilən qidadan gəlir.

Su sağlam qidalanmanda vacib olan qidalardan sayılır. Su heç bir kaloriya malik olmasa, orqanizm üçün faydalı və onun fəaliyyətində katalizator rolunu oynayır. Su arıqlamaq istəyənlər üçün ən böyük yardımçı, iştahı azaltmaq baxımından əhəmiyyətli, metabolizmanı sürətləndirən əsas qidadır. Az su qidası kökəlməyə şərait yaradar. Şiş, təzyiq kimi problemləri yaşamamaq üçün gün ərzində 1.5.2.5 litr su içmək mütləqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə