Şəmkirlə yanaşı Samux və Göygöl rayonularında torpaqların suya olan tələbatının ödənilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin içməli su ilə təchiz edilməsi anbar hesabına həyata keçirilir.
Şəmkirçay Su anbarının ümumi su tutumu 164,5 milyon kubmetrdir. Hazırda anbarda 78 milyon kubmetr su var. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Dəryaçaya saniyədə 13 kubmetr su daxil olur, eyni müddət ərzində 5,5 kubmetr su buraxılır. Şəmkir Samux və Göygöl rayonlarının ümumilikdə 71 min hektar torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan anbar suvarmaya olan təlabatı tam ödəmək iqtidarındadır. Artıq rayonlar üzrə kanallar çəkilib, təsərrüfatarası işlər aparılır. Şəmkirçay su anbarı suvarma ilə yanaşı Şəmkir və Gəncə şəhərlərini eləcə də Samux rayonunun mərkəzini içməli su ilə də təchiz edəcək. Artıq Şəmkir rayonunun mərkəzində yerli əhali anbarın suyundan yararlanır. Yaxın vaxtlarda Gəncə şəhərinə də suyun verilişi planlaşdırılır. Burada kiçik həcmli elektrik stansiyaları da yaradıldığından Şəmkirçay su anbarı strateji baxımdanda mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Şəmkirçay su anbarı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2014 cü ilin noyabr ayının 15-də istismara verilib.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB