Balıq təsərrüfatı genişlənir

Balıq təsərrüfatı genişlənir

Respublikada cins balıqların sayını artırmaq məqsədilə Goranboyda yaradılan süni göllərin rentabeliyi yüksəldilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 2009-cu ildən etibarən balıqçılıq təsərrüfatını yaradan Mehman İsmayılov ərazidə mövcud olan gölü genişləndirərək 12 hektara çatdırıb. Göldə suyun həcmi əsasən yeraltı qaynama və yağış sularının hesabına artırılır. Göldə talstalop, sazan və belamor balıqlarının yetişdirillir. Təsərrüfat sahibinin sözlərinə görə, kiçik balıqlar mart ayının ortalarından başlayaraq gölə buraxılır və bir müddət vəhşi quşlardan qorunur. Bu müddətdən sonra yetişdirilən balıq sentyabır və oktyabır aylarında yığılaraq satışa çıxarılır. Böyük zəhmət tələb edən balıqçılıq gəlirili sahə kimi də artıq özünü təsdiq edib.

Hazırda ölkə bazarlarında göldə yetişdirilən balığın 1 kiloqramı cinsindən asılı olaraq 5-6 manat arasında dəyişir. Göl balığının yaxşı inkşaf etməsi və ətinin dadlı olması üçün ən vacib olan amillərdən biri də gölün suyunun daim axarlı olması və bol oksigenli su ila əvəzlənməsidir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə