Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, 07 mart 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış kompleksinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin növbəti təzahürü olub.
Yaşayış kompleksinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər barədə danışıb, hərbi qulluqçuların mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin daimi diqqət mərkəzində olmasını vurğulayıb.
Hərbi qulluqçulara xidməti mənzillərin orderlərini təqdim etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev yaşayış şəhərciyində yaradılmış şəraitlə tanış olmuş, yeni tikilmiş yaşayış binasına baxış keçirmiş, sərhədçi ailələri ilə söhbət edib.
Sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən beşmərtəbəli bina iki, üç və dörd otaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin edilmiş, binada müasir avadanlıq və alətlərlə təmin olunmuş geniş idman zalı yaradılıb.
Yaşayış şəhərciyində mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb. 3500 kvadratmetr ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif ağac, gül kolları əkilib, istirahət guşələri yaradılıb, 4000 kvadratmetr əraziyə asfalt örtük döşənib.
Voleybol və mini futbol meydançası olan geniş idman şəhərciyi və uşaqlar üçün yaradılmış əyləncə guşəsi lazımi avadanlıqlarla təmin edilib, kompleksin fasiləsiz su və istilik təminatı üçün tədbirlər görülüb.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB