Sabah hava yağmurlu olacaq

Bakı və Abşeron yarımadasında martın 7-da arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə