Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarındakı püstə bağında, eləcə də Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun ətrafında keçirilən iməcilikdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən SİA bildirilib ki, martın 5-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları və meyvə bağları salınıb.
Uzunoba Su Anbarından yeni su xəttinin çəkilməsi və Kəngərli rayonu ərazisində suvarma şəbəkəsinin qurulması uzun müddət əkilməyən bu torpaqları yenidən əkin dövriyyəsinə qatıb. Püstə bağı üçün 100 hektar ərazi ayrılıb, meliorativ tədbirlər görülüb, ötən ilin payızında iməciliklər yolu ilə 50 hektarda 20 minə yaxın püstə tingi əkilib. Bu il əlavə 50 hektar ərazidə püstə tingləri əkiləcək, damcılı suvarma sistemi qurulacaqdır. İməcilik iştirakçıları ərazidə 1000 ədəd püstə tingi əkib, ötən il salınan püstə bağına aqrotexniki qulluq göstəriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib. Ali Məclisin Sədri püstə bağında əkin işlərinin davam etdirilməsi və bağın ətrafında qoruyucu yaşıllıq zolağının salınması barədə tapşırıqlar verib.
Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 23 minə yaxın ting və 18 mindən artıq bəzək kolları əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB