“Qüsursuz Gələcək” layihəsinin bağlanışı olub FOTOLAR

“Qüsursuz Gələcək” layihəsinin bağlanışı olub FOTOLAR

Sabunçu rayonu 12 saylı Bakı peşə liseyində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən VII qrant müsabiqəsinin qalibi olmuş "Qüsursuz Gələcək" adlı layihənin bağlanış təlimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının təlimatçısı Nəbi Haciyev bildirib ki, həyata keçirilən bu layihə olduqca təqdirəlayiqdir: "Uşaqlara diqqət və qayğı göstərmək hər birimizin borcudur. Hər birimiz belə kateqoriyadan olan uşaqlara qayğı ilə yanaşmalıyıq".

Daha sonra layihə rəhbəri Yeganə Qasımova layihənin məqsədi və bundan sonra görüləcək işlər barədə iştirakçılara məlumat verib.

Layihə gənclərin sual və təklifləri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə