Nazir vətəndaşlarla görüşüb

Nazir vətəndaşlarla görüşüb

Martın 4-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Hacıqabul, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan sakinləri qəbul edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə