Bakıda yol qəzası nəticəsində 21 nəfər yaralanıb YENILƏNİB

Bakıda yol qəzası nəticəsində 21 nəfər yaralanıb YENILƏNİB

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Aeroport yolunda 160 saylı marşrut avtobusu ilə "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşın toqquşub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Bütün yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan 1-i hazırda əməliyyat olunur, 2-si isə reanimasiyadadır.

Hadisə zamanı ölən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə