Sabunçu rayonu Nardaran qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq 5 mart 2016-cı il tarixindən Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində qazıntı işləri aparılacaq. İşlər 3 gün müddətində davam edəcək.
"Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, işlərin aparılacağı müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni qazıntı işləri bir hərəkət istiqaməti üzrə aparılıb yekunlaşdırıldıqdan sonra, digər hərəkət istiqaməti üzrə davam etdiriləcək. Bu zaman işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılaraq və əks istiqamət üzrə hər iki tərəfə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunacaq.
Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB