Goranboy rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb. SİA-nın xəbər verir ki, Xınalı kənd sakini, 46 yaşlı Rauf Hüseynov məhəllədə şəxsi avtomobilində təmir apararkən avtomobil qəfildən partlayıb. Nəticədə Rauf Hüseynov bədəninin müxtəlif qəlpə yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Xəstəyə ilkin yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta-ağırdır. (Region TV)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB