Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə çap edilmiş Rövşən Asifoğlunun "Qarabağlı Hüseynalı bəy" tarixi romanının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov mərasim iştirakçılarına kitab barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Yaradıcılıq Fondu bundan sonra da kitab çapını davam etdirəcək.
Tədbirdə çıxış edən qonaqlar kitab barədə öz təəsüratlarını bölüşüb.
Qeyd edək ki, romanda tarixi şəxsiyyət Hüseynalı bəyin timsalında Azərbaycanın çarizm müstəmləkəsində olduğu son illər, eləcə də Xalq Cumhiriyyətinin yaranması, süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı dövrlərində ermənilərlə və digər qonşu millətlərlə baş verən hadisələr, həmin dövrdə maarifçiliyin fədakarlıqla təbliğ olunması, yayılması, yerli insanların vətənpərvərliyi və şücaəti öz əksini tapıb.
Xatırladaq ki, bu kitab Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi 8-ci kitabdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB