Xaricdən cins heyvanlar gətiriləcək FOTO

Xaricdən cins heyvanlar gətiriləcək FOTO

Xaricdən cins heyvanların gətirilməsi və mayalandırılması istiqamətində bir sıra addımlar atılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mütəxəssis Suliddin Abbasovun bildirib ki, xaricdən cins heyvanları gətirməkdənsə onların toxumlarından istifadə etmək daha məqsədəuyğundur. Çünki, bu cinslərin genlərində monositoz kimi xəstəliklər mövcuddur.

Mütəxəssis eyni zamanda bəzi təsərrüfatlarda belə heyvanların qapalı şəraitdə saxlanıldığına diqqət çəkir ki, bu da məhsuldarlığın aşağı düşməsinə təsir edən amildir. Mütəxəssislər heyvandarlıqda bəslənmə, saxlanma və yemləmə səviyyəsini də əsas şərt sayırlar. Xüsusilə də mədəni heyvanları döşəməsi sərt olmayan tövlələrdə saxlamaq məsləhət görülür. Bu heyvanların dırnaqları nazik olduğu üçün tez əzilir və bir sıra dırnaq xəstəliklərinə tutula bilirlər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə