Elman Mehdiyev pensialardan danışdı AÇIQLAMA

"Pensiyalar artım məbləğləriylə birgə vətəndaşların plastik kartlarına daxil edilib"
Elman Mehdiyev pensialardan danışdı AÇIQLAMA

"Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ardıcıl qərarlar qəbul edir, sərəncamlar verir. Buraya əmək pensiyalarının baza hissəsinin artırılması, sığorta hissəsinin indeksləşdirilməsi, bir sıra güzəştli kateqoriyaya aid olan şəxslərin əmək haqlarının artırılması, pensiyaların yenidən hesablanması daxildir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, Prezidentin qərarlarının icrası məqsədilə Dövlət Sosial Müdafiə Fonduna verilmiş tapşırıqlar vaxtında və avtomatlaşdırılmış rejimdə icra edilib, pensiyalar artım məbləğləri ilə birgə vətəndaşların plastik kartlarına daxil edilib"

E.Mehdiyev bildirib ki, Azərbaycanın pensiya sistemi maliyyə dayanaqlığına malikdir və bu dayanıqlıq Azərbaycan iqtisadiyyatının dayanıqlığını ifadə edir.

DSMF sədri yığım pensiya planları məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yığım pensiya planları iki müstəvidə aparılır: "Birincisi dövlətin sığorta pensiya sistemilə bağlı qanunvericiliyin hazırlanmasıdır, ikinci müstəvidə isə maliyyə bazarının digər subyektivləri tərəfindən bu fəaliyyətin reallaşmasıdır. Bütün hallarda Respublikada yığım komponentinin tətbiqi könüllü xarakter daşıyacaq. Real yığım hesabının mövcud sistemdən fərqi odur ki, burada toplanan pullar real pul vəsaitləri olacaq. Yalnız bundan sonra pensiyaların məbləğinə əlavə ediləcək. Burada müəyyən risklər var. Hazırda sosial sığorta hissəsinin pensiya kapitallarının təminatçısı dövlətdir. Bu prosesin reallaşdırılması qanunvericiliyin təsdiqindən sonra mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə