Komitə sədri: “Sosial mənzillərin tikilməsi vacib məsələdir”

Komitə sədri: “Sosial mənzillərin tikilməsi vacib məsələdir”

"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsinin mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın". SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Parlamentin plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik: "Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə işçi qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək".

F.Muradov söyləyib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir: "Ölkəmizdə evə ehtiyacı olan kifayət qədər insan var. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Lakin bu qanun Gənclər şəhərciyinin tikilməsinə şərait yaradacaq. Qanunda torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınması və digər güzəştlər qeyd olunmalıdır. Belə olan halda, investorlar tikinti aparmağa maraqlı olacaqlar. Əgər qanun layihəsi cəlbedici olarsa, o zaman sahibkarlar da pul qoymaqda maraqlı olacaqlar. Təlklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Bundan sonra bu məsələyə daha detallı yanaşmaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə